IQNA

Nəcəfdə 28 Səfər münasibətilə beş Quran məntəqəsi yaradılıb

10:06 - September 24, 2022
Xəbər sayı: 3492968
Həzrət Abbas (ə) hərəminə bağlı Qurani-Kərimin elmi mərkəzi 28 Səfərdə zəvvarlara Quran xidmətləri göstərmək məqsədi ilə Nəcəf Əşrəfdə 5 Quran məntəqəsinin hazırlandığını bildirib.

"İQNA", Həzrət Abbasın (ə) müqəddəs hərəminin informasiya bürosuna istinadən xəbər verir ki, bu ziyarətgaha bağlı Quranın elmi mərkəzi Peyğəmbərin (s) vəfatı günlərində Quran xidmətləri göstərmək üçün Nəcəf Əşrəfdə beş Quran məntəqəsinin hazırlanmasının başa çatdığını bildirib.

Həzrət Abbas (ə) hərəminə bağlı Qurani-Kərimin elmi mərkəzinin direktoru Məhd Əl-Miyali belə deyib: "Bu məntəqələr Qurani-Kərimin Elmi Mərkəzinin nəzdindədir. Bu mərkəzin qiraət bölməsi bu Quran məntəqələrinin yaradılması üçün bütün hazırlıq işlərini başa çatdırıb".

Onun sözlərinə görə, bu Quran məntəqələri Həzrət Peyğəmbərin (s) rehləti günlərində piyada əzadarlıq etmək üçün Nəcəfdə İmam Əlinin (ə) hərəminə gedən zəvvarların yolu üzərində qurulur.

Əl-Miyali əlavə edib ki, bu məntəqələrdə göstərilən xidmətlərə Fatihə və Quranın digər qısa surələrinin düzgün oxunmasının öyrədilməsi daxildir. Həmçinin namazın bəzi qaydalarıda öyrədiləcək.

4087323

captcha