IQNA

Hüseyn (ə) və digər imamların yolu Məsihin (ə) yolunun davamıdır

11:12 - September 24, 2022
Xəbər sayı: 3492971
Livanlı xristian jurnalist Sərkis Əl-Douyehi Həzrət Abbasın (ə) hərəmini ziyarət edib. O, İmam Hüseyn (ə) və digər pak İmamlarının həyatını Məsihin (ə) zülmlə mübarizədə və xalqın işlərində islahda yolunun davamı kimi qiymətləndirdi.

"İQNA", Həzrət Abbasın (ə) müqəddəs hərəminin informasiya bürosuna istinadən xəbər verir ki, İraqdakı müqəddəs ziyarətgahları ziyarət edən livanlı xristian jurnalist Sərkis Əl-Douyehi bu internet saytına verdiyi müsahibədə deyib: "İmam Hüseynin (ə) islahatı və əxlaqi hərəkatı Məsihin (ə) və digər peyğəmbərlərin və övliyaların keçdiyi yolun davamıdır".

O, Ərbəin ziyarəti haqqında da əlavə edib: "Ərbəin ziyarətinin xüsusi ab-havası var. Çünki bu, çox unikal və müstəsna təcrübədir. Zəvvarlar arasında müşahidələr və piyada ziyarət hissi çox gözəldir. Nəcəfdən Kərbəlaya qədər bütün yolda İraq xalqının Ərbəin zəvvarlarına səxavət və qonaqpərvərliyi məni çox heyran etdi".

O qeyd edib ki, İraqda Ərbəin ziyarətini yerinə yetirmək ilahi bir nemətdir. Mən Hüseynin (ə) zəvvarları ilə Kərbəlanı ziyarət etmək şərəfinə nail oldum.

Əl-Douyehi vurğuladı: “Mənim nəzərimdə, müqəddəs ziyarətgahlar yüksək yer tutur. Mən onu İraqda və dünyada müxtəlif dinlər və məzhəblər üçün sığınacaq tapdım ki, bu da təkcə müsəlmanlara məxsus deyil.

4087548

captcha