IQNA xəbər agentliyi Əməd xəbər şəbəkəsinin verdiyi xəbərə istinadən yazır: Misirin vəqflər idarəsi qədim “Cənin” şəhərindəki məscidi Misirin turizim və tarixi abidələr nazirliyinin köməyi ilə yenidən bərpa edəcək.
Bu tarixi məscidin yenidən qurma işləri “Ərəb mütəxəssisləri” şirkətinə tapşırılıb. Müqaviləyə əsasən sözügedən şirkət məsciddə tarixi memarlıq işləri görəcək və məscidi əvəlki vəziyyətinə qaytraracaq.
Qeyd etməliyik ki, Misirin Cənin şəhərində yerləşən bu məscid 0n beşinci əsrdə tikilmiş və hal-hazırda bu şəhərin önəmli tarixi abidəsi sayılır.