IQNA

Qəzzada Nasser xəstəxanasında 40 nəfər kütləvi məzarlığa basdırılıb

19:49 - January 22, 2024
Xəbər sayı: 3495347
İQNA – Fələstinlilərin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki Nasser xəstəxanasının şəhərciyində 40 nəfəri kütləvi məzarda dəfn etməli olduqları bildirildi.

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra verdiyi açıqlamada, İsrail ordusunun Xan Yunusdakı sığınacaq mərkəzlərinə təşkil etdiyi hücumlarda ağır yaralananların Nasser Xəstəxanasına gətirildiyini bildirib.

AA-nın bölgədəki müxbiri həmçinin bildirib ki, İsrail ordusunun Xan Yunus şəhərinə qarşı şiddətli bombardmanları səbəbindən fələstinlilər qəbiristanlıqlara gedə bilməyib və cəsədlərini Nasser Xəstəxanası şəhərciyində dəfn etmək məcburiyyətində qalıblar.

Qəzza hökumətinin Media Ofisi İsrailin Xan Yunisdəki 5 sığınacaq mərkəzində 30 min fələstinlini hədəf aldığını açıqlayıb.

Media Ofisindən verilən açıqlamada İsrailin bu mərkəzlərin təhlükəsiz olduğunu iddia edərək insanları bura sığınmağa dəvət etdiyi, daha sonra isə orada qırğınlar törətdiyi vurğulanıb.

Açıqlamada İsrailin birbaşa Əqsa Universiteti, universitet fakültəsi, Xalidiyə məktəbi, Əl-Məvasi məktəbi və Xan Yunus Sənaye yerləşdirmə mərkəzlərini hədəf alaraq hücumlar təşkil etdiyi, çoxlu sayda insanın öldüyü və yaralandığı vurğulanıb.

Teqlər: qəzza ، Xan Yunis ، sionist rejim
captcha