IQNA

İsrail hər gün 48 qəzzalı ananı qətlə yetirir

18:58 - January 23, 2024
Xəbər sayı: 3495355
İQNA - Sionist Rejim ordusunun havadan, sudan və qurudan tam mühasirəsi altındakı Qəzza sektorunda hər saat 2 ana qətlə yetirilir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin Humanitar Məsələlər üzrə müavini Martin Qriffits bəyan edib.

O qeyd edib ki, İsrail ordusu həddindən artıq çox insanla dolmuş xəstəxanaları bombardman edir, evləri xarabalığa çevirib, Qəzzada isə heç bir yer təhlükəsiz sayılmır.

“7 oktyabrdan bəri (İsrail ordusu tərəfindən) Qəzzada törədilən qəddarlıq dayanmaq bilmir“, – deyə o bildirib.

Xatırladaq ki, İsrail ordusu tərəfindən Qəzzada 25 490 günahsız fələstinli qətlə yetirilib, 63 354 qəzzalı isə yaralanıb ki, həm öldürülənlərin, həm də xəsarət alanların mütləq əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

Xatırladaq ki, İsrail ordusu beynəlxalq qaydaları pozaraq və onlara məhəl qoymayaraq xəstəxanalar, məktəblər, məscidlər və digər bunun kimi mülki yerləri bombardman edir – 99 məktəb və universitet yerlə bir edilib, 295 məktəb və universitet isə bombardmanlardan zərər görüb; 253 məscid bombalanıb və onlardan da 161 tamamilə dağılıb; həmçinin 3 kilsəyə də zərbə endirilərək yararsız hala gətirilib; 53 tibb mərkəzi və 30 xəstəxana yararsız hala düşüb.
captcha