İQNA - Sionist rejimi Google və Meta reklamlarından Qəzza tərəfdarlarına qarşı baxışları təhrif etmək və soyqırıma haqq qazandırmaq üçün istifadə edib.
İQNA - Malayziyanın Perlis Universiteti (UniMAP) Malayziya İslam İnkişafı İdarəsi (JAKIM) ilə əməkdaşlıq çərçivəsində texniki və mühəndislik ixtisaslarında təhsil alan tələbələr üçün Quran hifzi kursları həyata keçirir.
İQNA - Şiələrin ali mərcəsi həzrət Ayətullahul-uzma Sistaninin həyat yoldaşı bir müddət xəstəlikdən əziyyət çəkdikdən sonra bazar günü axşam saatlarında Nəcəf-əşrəfdə Haqqın rəhmətinə qovuşdu.
İQNA - “Qurani-Kərim və Bəşəri Elmlər: Hikmətə əsaslanan elmə doğru” adlı beynəlxalq konfrans 2025-ci il oktyabrın 1-də Qətərin Vəqflər və İslam İşləri Nazirliyi ilə Qatar Universitetinin birgə təşkilatçılığı ilə bu ölkədə keçiriləcək.
İQNA - Ukraynanın Odessa şəhərində yerləşən “əl-Məsar” İslam Mədəniyyət Mərkəzi tərəfindən Quranın ukrayna dilinə tərcüməsinin bir nüsxəsi bu ölkənin “Mixailo Qruşevski” regional ictimai kitabxanasına hədiyyə olunub.
İQNA - Fələstin tərəfdarı hicablı bir fəalın Şimali Karolinadakı bir həbsxanaya qarşı şikayətindən sonra, həmin həbsxana rəhbərliyi hicab qadağası siyasətini ləğv etdi.
İQNA - Əmmanda 2025-ci il sentyabrın 25-də 24-cü Beynəlxalq Kitab Sərgisi “Qüds – Fələstinin paytaxtı” şüarı ilə İordaniya Beynəlxalq Sərgi Mərkəzində öz işinə başlayıb.
İQNA - Alman tədqiqatçıları İslam və Qurani-Kərimə maraq göstərirdilər və 17-ci əsrdən etibarən almanlar Qurani-Kərimi ölkələrində çap edərək onun öyrənilməsi və tərcüməsini asanlaşdırıblar.
İQNA - Seyid Həsən Nasrullah və Seyid Haşim Səfiyyəddinin şəhadətinin birinci ildönümü münasibətilə İraq və Bəhreyn ölkələrində müxtəlif xalq təbəqələrinin iştirakı ilə mərasimlər təşkil olundu.