IQNA

Mədinənin Quran Mərkəzində Quran 63 dilə tərcümə edildi

23:02 - August 31, 2014
Xəbər sayı: 1445141
Beynəlxalq qrup: Səudiyyə Ərəbistanın Münəvvər Mədinə şəhərində yerləşən "Məlik Fəhəd" adına "Quran Çap və Tərcümə Mərkəzi" müqəddəs kitabımız Quran-Kərimin dünyanın 63 müxtəlif dilinə tərcümə olunduğunu xəbər verib. Növbədə isə Yapon və İbri dilləridir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) London çapı olan "əl-Ərəb" qəzetinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Məhəmməd Salim bin Şədid Əl-Ufi - Səudiyyə Ərəbistanın Münəvvər Mədinə şəhərində yerləşən "Məlik Fəhəd" adına "Quran Çap və Tərcümə Mərkəzi"nin baş katibi, bu barədə xəbər verərək deyib: Bu mərkəzin (Quran Çap və Tərcümə Mərkəzi) çap və nəşr etdiyi əsərlər 30 il öncədən Məkkə və Mədinə ziyarəçiləri olan "hacı"lar arasında paylanır. Bu vaxtadək hacılar payladığımız Quran-Kərim nüsxələrinin sayı 37 milyonu keçmişdir.



O əlavə etdi: Mədinənin "Məlik Fəhəd" adına "Quran Çap və Tərcümə Mərkəzi" indiyədək Quran-Kərimi dünyanın 63 müxtəlif dilinə tərcümə etmişdir ki, son günlərdə Quranın "Səvahili" (Coastal Swahili) dilinə tərcüməsi başa çatdı, növbədə isə Yapon və İbri dilləri vardır. Bu iki dilə tərcümə və çap məsələsi indi mərkəzin gündəmindədir və müzakirə olunur.



Ufi vurğuladı: Mədinənin "Məlik Fəhəd" adına "Quran Çap və Tərcümə Mərkəzi" indiyədək Quran-Kərimi dünyanın 63 müxtəlif dilinə tərcümə və çap etmişdir ki, bunlardan 32-si Asiya, 15-i Avropa və 16-sı Afrika dilləri qrupuna daxildir.



"Məlik Fəhəd" adına "Quran Çap və Tərcümə Mərkəzi"nin baş katibi vurğuladı: Bu mərkəzdə çap və nəşr edilən dini əsərlərin sayı 300 milyon nüsxəni ötmüşdür. Bu əsərlərə müxtəlif dillərdə Quran tərcümələri, təfsir kitabları, tərtil və qiraət diskləri və mərkəzin hədəfləri ilə bağlı elmi kitablar daxildir.



1444765    

Teqlər: quran ، məlik ، fəhəd ، nüsxə ، çap ، 63 ، dil ، İbri ، yapon
captcha