IQNA

Hindistanda Quran-Kərim 50 dilə tərcümə ediləcək

23:54 - September 15, 2014
Xəbər sayı: 1450419
Beynəlxalq qrup: Hindistanın Quran-Kərimin paylanması proqramı fondu bu ölkədə müsəlmanların müqəddəs kitabının 50 dilə tərcümə, çap və nəşr olunması planını gündəmə gətirib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-məğrib əl-yəvm" xəbər saytına istinadən verdiyi xəbərə görə Fəzı Kərim - Hindistanın Quran-Kərimin paylanması proqramı fondunun müdiri, bu xəbər verərək deyib: "Bu plan, Quran-Kərimin dünyanın 50 canlı dilinə tərcüməsi, çapı, nəşri və paylanmasını öz əsas işi qərar vermişdir. 



O əlavə etdi: Quran-Kərimi bu müqəddəs kitabı dünyada ona ehtiyacı olan və onu oxumaq istəyən kəslərin əlinə çatdırmaq İslam dininin təməl və prinsiplərini təbliğ edəcək və aydınlaşdıracaqdır.

Bu xəbərə görə Fəzl Kərim son vaxtlarda Abdullah Əbdülmöhsin Türki – Məkkədə İslam Dünyası Birliyinin Baş Katibi, ilə İslam və müsəlmalara xidmət haqqında müzakirələri və ikitərəfli görüşləri olmuşdur ki, bu görüşlərdə Quran-Kərimin dünyanın müxtəlif dillərinə tərcümə, çap və nəşrindən və bu müqəddəs kitabın Hindistanda və digər ölkələrdə paylanılmasından da söhbət açılmışdır.



1449937

Teqlər: quran ، hindistan ، nəşr ، çap ، məkkə ، İslam
captcha