IQNA

Bayramla bağlı etdiyi səhvə görə əhalinin əvəzindən kəffarə verir

15:17 - July 20, 2015
Xəbər sayı: 3331452
Tehran(IQNA)- Səudiyyə fitr bayramının təyinində səhvə yol verdiyinə görə vətəndaşlar tərəfindən bir milyard altı yüz min riyal kəffarə verir.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İnterAz-a istinadla verdiyi xəbərə görə, bu barədə Səudiyyənin islam fiqhi assambleyasının üzvü Məhəmməd ən-Nuceymi əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə deyib.

Bundan öncə Ciddənin Astronimiya idarəsi Fitr bayramının müəyyənləşdirilməsi ilə bağlı bildirmişdi ki, cümə axşamı müşahidə edilən ay yox, Saturn imiş.
Qeyd edək ki, Məhəmməd ən-Nuceymi daha sonra mətbuata verdiyi açıqlamada öncədən verdiyi məlumatın düzgün anlaşılmadığını bildirib və bəyan edib ki, bayram düzgün təyin edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı bu il ramazan bayramını iyulun 18-ə deyil, 17-ə təsadüf etdiyini bəyan edib.

Teqlər: Bayramla ، bağlı ، etdiyi ، səhv ، kəffarə
captcha