IQNA

Türkiyədə qibləsi səhv olan məscid dağıdıldı

10:14 - October 10, 2015
Xəbər sayı: 3383530
Tehran(İQNA) - Türkiyədə qibləsi 45 dərəcə səhv olduğu sübuta yetirilən məscid dağıdılıdı.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA), İslam.az-a istinadla xəbər verir ki, Türkiyənin Sakarya vilayətinin Akyazı qəsəbəsində 61 il öncə inşa edilən və qibləsinin 45 dərəcə səhv olduğu sübuta yetirilən məscid dağıdılıb.


Dağıdılan ibadət ocağının yerində yenisi inşa olunacaq. Dağıdılan məscid 300 nəfərə hesablanmışdısa, yeni məsciddə eyni zamanda 800 nəfər ibadət etmək imkanı qazanacaq.

captcha