IQNA

Çexiya prezidentinin müsəlmanofob çıxışı

11:38 - December 28, 2016
Xəbər sayı: 3481198
Miloş Zeman "xaç bayramı" münasibətilə etdiyi çıxışda Avropada baş verən son terror hadisələrinə görə müharibə şəraitində olan Suriya kimi ölkələrdən qaçqın düşmüş müsəlman miqrantları günahlandırıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "AP" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Çex respublikasının prezidenti Miloş Zeman bildirib ki, qonşu Avropa ölkələrindən gələn miqrantları qəbul etməkdə bir problem yoxdur.

Bu sözünün ardından Çexiyanın başçısı iddia edib ki, İslam dininin ardıcıllarında Avropa dəyərləri ilə uzlaşmaq qabiliyyəti yoxdur.

Miloş Zeman "xaç bayramı" münasibətilə etdiyi çıxışda Avropada baş verən son terror hadisələrinə görə müharibə şəraitində olan Suriya kimi ölkələrdən qaçqın düşmüş müsəlman miqrantları günahlandırıb.

Çex respublikasının prezidenti yeni il bayramı münasibəti ilə il sonu çıxışında deyib: "Müharibə gedən müsəlman ölkələrindən qaçqın düşmüş müsəlman miqrantları qəbul etmək ölkədə terror hücumları üçün münbit şərait yaratmaq deməkdir.

O əlavə edib: "Bu gün müsəlman miqrantların terror hücumlarında iştiraklarının olması heç kimə gizli deyil".

Miloş Zeman sonda vurğulayıb: "Terror hücumları ilə mübarizənin yeganə yolu budur ki, 10 milyonluq Çex respublikası könüllü olaraq müsəlman miqrantlarını ölkəyə qəbul etməsin".

http://www.iqna.ir/fa/news/3557113


captcha