IQNA

"Məfatihul- Həyat" kitabı Türkmən dilinə tərcümə edildi

6:23 - May 13, 2017
Xəbər sayı: 3481646
Ayətullah Cavadi Amulinin "Məfatihul- Həyat" kitabı İran İslam Respublikasının Türkmənistandakı Mədəni Əlaqələr İdarəsi və Mədəniyyət Attaşesinin təşəbbüsü ilə Türkmən dilinə tərcümə edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İran İslam Respublikası İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın ümumi əlaqələr və informasiya idarəsinə istinalda verdiyi xəbərə görə, Ayətullah Cavadi Amulinin "Məfatihul- Həyat" kitabı İran İslam Respublikasının Türkmənistandakı Mədəni Əlaqələr İdarəsi və Mədəniyyət Attaşesinin təşəbbüsü və həmkarlığı ilə Türkmən dilinə tərcümə edilib.

Bu barədə Həzrət Ayətullah Cavadi Amulinin əsərlərinin çap və nəşri ilə məşğul olan "İSRA Vəhy Elmləri Beynəlxalq Fondu"nun rəisi Höccətul- İslam vəl- müslimin Mürtəza Cavadi Amuli xəbər verib.

Höccətul- İslam vəl- müslimin Mürtəza Cavadi Amuli Tehranın 30-cu beynəlxalq kitab sərgisində "İSRA Vəhy Elmləri Beynəlxalq Fondu"nun sərgidəki hücrəsinə baxış keçirərkən juranlistlərə bu barədə xəbər verərək deyib: "Məfatihul- Həyat" kitabı İslami yaşam tərzi mövzusunda yazılıb. Bu kitab İran İslam Respublikasının Türkmənistandakı Mədəni Əlaqələr İdarəsi və Mədəniyyət Attaşesinin dəstəyi, təşəbbüsü və həmkarlığı ilə Türkmən dilinə tərcümə edilib və yaxın zamanda çap və nəşr ediləcəkdir.

"İSRA Vəhy Elmləri Beynəlxalq Fondu"nun rəisi Höccətul- İslam vəl- müslimin Mürtəza Cavadi Amuli sərgiyə baxış keçirərkən "İran İslam Respublikası İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın beynəlxalq mədəni işlərdə və çap və nəşr sahəsindəki fəaliyyətlərini əhəmiyyətli və faydalı hesab edib.

Qeyd edək ki, İİR-nın 30-cu beynəlxalq kitab sərgisi May ayının 2-də Tehranın "AFTAB" (GÜNƏŞ) elm və mədəniyyət şəhərciyində öz işinə başlayıb və bu gün, həftənin şənbə günü, May ayının 13-də öz işinə yekun vuracaqdır.

http://iqna.ir/fa/news/3598574


Teqlər: iqna ، kitab ، çap ، nəşr ، məfatihul- həyat
captcha