IQNA

Müqəddəs Kəbə evi Həcc mövsümü ilə əlaqədar ağ ehramını geyindi

9:46 - July 23, 2020
Xəbər sayı: 3487709
Kəbə Evinin pərdəsi Zil-hiccə ayının ilk gecəsində üç metr qaldırılıb və aşağı hissəsinə 47 metr ağ pambıq parça örütülüb. Örtük həcc mövsümü başa çatdıqdan sonra öz adi vəziyyətinə qaytarılacaq.

Müqəddəs Kəbə Evinin pərdəsi zil-hiccə ayının ilk gecəsində üç metr qaldırılıb və Kəbə evinin aşağı hissəsinə 47 metr ağ pambıq parça örütülüb. Örtük həcc mövsümü başa çatdıqdan sonra öz adi vəziyyətinə qaytarılacaq.

Həftənin Çərşənbə Axşamı gününün (21 iyul) gecəsi, Zil-hiccə ayının ilk gecəsi ilə eyni vaxtda, zəvvarların iştirakı olmadan, Allah Evinin pərdəsi aşağı tərəfdən dörd tərəfdən yığılmış və Kəbənin hər dörd tərəfinə ağ parça çəkilmişdir.

Bəzi mütəxəssislərin fikrincə bunlar Kəbə pərdəsinə mümkün zərərin qarşısını almaq üçün, bəziləri də bu tədbirin ağ ehramlı paltar geyən həcc ziyarətçilərinə uyğun olması üçün edildiyini düşünürlər.

Həmçinin Ərəfə günü zəvvarlar Ərəfat səhrasında olduqda, Kəbənin yeni pərdəsi hazırkı pərdəni əvəz edəcək. /3911989

پرده خانه کعبه برای مراسم حج بالا برده شد +عکس
 
پرده خانه کعبه برای مراسم حج بالا برده شد +عکس
 
پرده خانه کعبه برای مراسم حج بالا برده شد +عکس
 
پرده خانه کعبه برای مراسم حج بالا برده شد +عکس

 

captcha