IQNA

"Nücəba" lideri düşmənin hər planına qarşı hazır olduqlarını bəyan etdi

10:56 - November 17, 2020
Xəbər sayı: 3488646
Tehran (IQNA) - Şeyx Əkrəm əl-Kabi açıqlamasında bildirib ki, müqavimət cəbhəsi Donald Tramp və komandasından gələ biləcək istənilən təhdidə qarşı hazırdır.  

İraqın "Nücəba" hərəkatının baş katibi Şeyx Əkrəm əl-Kabi ABŞ Prezidenti Donald Tramp ilə bağlı açıqlama verib.  

Şeyx Əkrəm əl-Kabi açıqlamasında bildirib ki, müqavimət cəbhəsi Donald Tramp və komandasından gələ biləcək istənilən təhdidə qarşı hazırdır.  

"Biz bütün adekvat tədbirlər görməyə hazırıq. Düşmənə sarsıdıcı zərbə vuracağıq", - deyə Şeyx Əkrəm əl-Kabi diqqətə çatdırıb.  

O qeyd edib ki, iraqlılar ABŞ fitnələri qarşısında diqqətli olmalıdırlar. /3935677/

captcha