IQNA

Küveyt Quranın çapı və idxalı qaydalarını açıqlayıb

13:43 - March 09, 2022
Xəbər sayı: 3491883
Küveytin Vəqflər və İslam İşləri Naziri Qurani-Kərimin nüsxələrinin çapı və idxalını bu ölkədə Qurani-Kərimin Çap və Nəşrinə Nəzarət Baş İdarəsindən lisenziya almaqla şərtləndirib.

"İQNA", "Ər-rəy"-ə istinadən xəbər verir ki, Küveytin Vəqflər və İslam İşləri naziri İsa əl-Kəndəri Qurani-Kərimin çapı və ya Küveytə idxalı ilə bağlı qaydaları açıqlayıb.

Bu qərara əsasən, Qurani-Kərimin çapına və nəşrinə Nəzarət Baş Müdirliyindən icazə alındıqdan və qaydalara əməl olunmadan Küveytə Qurani-Kərimin hər hansı nüsxəsinin çapı və ya idxalı qadağandır.

Qərara əsasən, Qurani-Kərimin çapı və ya Qurani-Kərimin Küveytə gətirilməsinə icazə üçün sənədlər sözügedən idarəyə təqdim edilməlidir.

4041150

Teqlər: küveyt ، quran ، idxal ، çap ، lisenziya
captcha