IQNA

"Quran və Müasir Cəmiyyət məsələləri" Beynəlxalq Konfransı keçiriləcək

10:49 - March 20, 2022
Xəbər sayı: 3491946
"Quran və cəmiyyətin müasir məsələləri" adlı 4-cü Beynəlxalq İmam Hüseyn (ə) konfransı 2022-ci il mayın 10-da Kərbəlada Əz-Zəhra (s) Qızlar Universitetinin "Ümmü Əbiha" məclis zalında başlayacaq və üç gün davam edəcək.

"İQNA", İraqdan xəbər verir ki, Bu konfrans Astan Hüseyninin Dar-ul-Quranı tərəfindən Kərbəlanın Əz-Zəhra (s) Universiteti ilə birgə təşkil olunacaq. Bu konfransa təqdim olunan məqalə və tədqiqatların qəbulu üçün son tarix mayın 5-i elan edilmişdir.

"Quran prizmasından ictimai münasibətlər nümunələri", "Quran işığında ideal cəmiyyət", "Gündəlik həyatın çətinlikləri və onlara Quranın prizmasından yanaşma tərzi", "Quran mətninin fenomenologiyası", "Quran və mədəni inkişaflar", "Müasir sosial problemlərin Quran nöqteyi-nəzərindən tədqiqi" və "Quran baxımından İmam Hüseyn (ə) ilə ictimai islahat" bu konfransın əsas mövzularındandır.

Bu konfrans Qurani-Kərimin cəmiyyəti islah etməkdə göstərdiyi və əməl etdiyi düzgün yanaşmanı izah etmək, eləcə də islahat çağırışında Quran yanaşmasının xüsusiyyətlərini vurğulamaq məqsədi ilə keçiriləcək.

Qurani-Kərimin əhatəliliyinə və universallığına vurğu, müsəlmanları İslam ümmətinin müasir problemlərini anlamaq üçün məlumatlandırmaq, elmi bilikləri təbliğ etmək və Quranşünas alimlərə tövsiyələr vermək və İslam ümmətinin müasir problemlərini və aktual problemlərini Qurani-Kərim perspektivi ilə həll etmək, bu konfransın digər hədəflərindəndir.

Bu konfrans əyani keçiriləcək və bu elmi konfransda iştirak edə bilməyən ekspert və tədqiqatçılar "Zoom" proqramı vasitəsilə konfransa qoşula biləcəklər.

4043823

captcha