IQNA

İordaniyada Ramazandan əvvəl Corona məhdudiyyətləri azaldılıb

15:26 - March 22, 2022
Xəbər sayı: 3491955
İordaniya hökuməti müqəddəs Ramazan ayı öncəsi Corona məhdudiyyətlərinin azaldılmasını elan edib.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, İordaniya hökumətinin media üzrə müşaviri Feysal Şebul deyib: "2020-ci ilin mart ayında Covid-19 epidemiyasının başlanmasından bəri görülən tədbirlər Ramazan ayı yaxınlaşdıqca azalacaq."

Şebul  deyib ki, camaat namazı zamanı məscidlərdən sosial məsafəyə riayət etmək aradan qaldırılıb və maskalardan istifadə yalnız qapalı yerlərdə məcburi olacaq.

O, bildirib ki, toylar kimi kütləvi toplantılar üçün məhdudiyyətləri də qaldırılıb və müqəddəs Ramazan ayında iftar çadırları qurmaq mümkündür.

4044505

captcha