IQNA

Böyük Yekaterinanın Quran nüsxəsinin elektron versiyası təqdim olunub

11:54 - June 13, 2022
Xəbər sayı: 3492394
Rusiya Milli Kitabxanası Tatarıstanda İslamın min yüz ildən artıq bir dövrünü qeyd etmək üçün 1787-ci ildə İmperator 2-ci Yekaterinanın əmri ilə çap olunmuş Quranın elektron versiyasını təqdim edib.

İQNA, "Jasour"-a istinadən xəbər verir ki, İslamın Tatarıstanda min yüz ildən artıq mövcudluğunu qeyd etmək üçün altıncı elmi-praktiki konfransın ümumi yığıncağı keçirilir. Rusiya Milli Kitabxanasının baş direktorunun müşaviri Anton Lixumanov, bu iclasda 1787-ci ildə İmperator 2-ci Yekaterinanın əmri ilə nəşr olunan Qurani-Kərimin elektron versiyasını təqdim edib və onu Rusiya Müsəlmanları Dini İşləri İdarəsinə təhvil verib.

Rusiya Milli Kitabxanasının nümayəndələri də iyunun 10-da İmperator II Yekaterinanın göstərişi ilə 1787-ci ildə Rusiyada çap olunmuş Qurani-Kərimin əsli nüsxəsini Moskva Böyük Məscidinə gətiriblər. Oradan da Kasımova şəhərinin altıncı elmi konfransında nümayiş etdirilmək üçün o şəhərə aparılıb.

 4063416

captcha