İQNA, Əlcəzair radiosunun informasiya bazasına istinadən xəbər verir ki, Əlcəzairin Əl-Bayazin Nəşrləri dinlər üzrə tədqiqatçı Kamal Şekat və əlcəzairli tərcüməçi və jurnalist Məsud Boujenon tərəfindən Qurani-Kərimin fransızca yeni tərcüməsi və təfsirini oxucuların ixtiyarına verib.
Bu əsər Qurani-Kərimi öyrənmək və daha çox bilmək istəyən fransızdilli oxucular üçün tamamlayıcı tərcümədir və bu sahədə var olan boşluğu doldurur. Bu, həm müsəlman, həm də qeyri-müsəlman olan fransızdilli oxucular üçün çox əhəmiyyətlidir.