IQNA

Əl-Əzhər 3000 Quran müəlliminə ehtiyac olduğunu bildirib

16:17 - July 20, 2022
Xəbər sayı: 3492585
Əl-Əzhər Universitetinin rəhbərliyi uşaq və yeniyetmələrə Quran əzbərləməyi öyrətmək üçün üç min Quran müəlliminə ehtiyacı olduğunu açıqlayıb.

"İQNA", "Əl-yəvmus-sabi"-ə istinadən xəbər verir ki, Əl-Əzhər Universiteti və Məscidinin ümumi rəhbərliyi Quran əzbərləməyi öyrətmək üçün üç min Quran müəlliminə ehtiyacı olduğunu açıqlayıb.

Əl-Əzhər Universitetinin baş direktoru Hani Ovdə izah verib ki, Əl-Əzhər Universitetinin ustadlarının qiymətləndirmə komitəsi vasitəsilə bu hafizlər üçün müxtəlif sahələrdə, o cümlədən əzbər, qiraət və tərtil üzrə testlər keçirəcək.

O, bildirib ki, bu hafizlərin işə götürülməsində məqsəd 350 min uşağa Qurani-Kərimi əzbərləmək sahəsində təlim keçməkdir.

Qeyd olunub ki, yarım milyon uşaq Quran hifzi kurslarında iştirak etmək üçün qəbul edilib. Həmçinin bir milyon yarımdan çox uşaq isə qeydiyyatdan keçmək üçün gözləyir.

4072037

captcha