"İQNA", Həzrət Abbasın (ə) müqəddəs hərəminin informasiya bürosuna istinadən xəbər verir ki, Həzrət Zeynəbin (s) hərəminin yeni zərihi Həzrət Abbasın (ə) hərəmi tərəfindən düzəldilib başa çatdırılıb.
Bu Hərəmin rəhbərliyi bütün Əhli-Beyt (ə) aşiqləri və ardıcıllarından Həzrət Zeynəbin (ə) hərəminin yeni zərihinin tamamlanma və təqdimat mərasimində iştirak etmələrini xahiş edib.
Yeni zərihin təqdimat mərasimi Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin qiblə istiqamətinə baxan həyətində keçiriləcək. Həzrət Abbasın (ə) müqəddəs hərəminin açıqlamasına görə, bu mərasim çərşənbə axşamı 27 sentyabrda keçiriləcək.
4087522