IQNA

Beynul-Hərəmeyndə Bəqinin dağıdılmasının ildönümündə əzadarlıq keçirilib

22:36 - April 30, 2023
Xəbər sayı: 3494100
Bəqi qəbiristanlığının dağıdılmasının 100-cü ildönümü ilə bağlı əzadarlıq mərasimi dünən, Beynul-Hərəmeyndə hərəmlərin xidmətçilərinin iştirakı ilə keçirilib.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, bu əzadarlıq Həzrət Əbəlfəz (ə) hərəminin həyətindən başlayıb. Əzadarlar Beynul-Hərəmeyndə Bəqinin dağıdılmasının ildönümünü yas tutdular.

Bu mərasimin iştirakçıları hüznlə dolu bir mühitdə matəm saxlayıblar.  

Mərasimin davamında Bəqi hadisəsi ilə bağlı qəsidə və mərsiyələr oxunub.

Qeyd edək ki, Şəvval ayının 8-i 1344-cü ildə Mədinədə Bəqi qəbiristanlığının məqbərələrinin dağıdılmasının ildönümüdür. O cümlədən dörd şiə imamının, İmam Həsənin (ə), İmam Səccadın (ə), İmam Baqirin (ə) və İmam Sadiqin (ə) məqbərələri də Mədinənin vəhhabi müftilərinin fətvası və Səudiyyə Ərəbistanının hakimi Şeyx Abdullah Əl-Buleyhəd tərəfindən dağıdılıb.

Vəhhabilər dini səhv başa düşdükləri üçün Bəqidəki qəbirlərin üzərindəki məqbərələri dağıdıblar.

Vəhhabilər Bəqidəki məqbərələri iki dəfə dağıdıblar. Əvvəlcə hicri 1220-ci ildə və nəhayət, hicri 1344-cü ildə qəbirlər üzərində bina tikməyin yekdilliklə qadağan edilməsi və onların dağıdılmasının zəruriliyi ilə bağlı Mədinə şəhərinin 15 müftisinin fətvasına əsaslanaraq məqbərələri dağıtdılar.

4137395

captcha