IQNA

İordaniyalı tələbənin səyi ilə ingilis dili müəllimi İslamı qəbul edib

17:15 - May 23, 2023
Xəbər sayı: 3494220
İordaniyada ingilis dili müəlliminin tələbəsi tərəfindən İslamı qəbul etməsinin videosu sosial şəbəkələrdə geniş əks-səda doğurub.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Fəallar sosial şəbəkələrdə ingilis müəllimin İordaniyada tələbəsi tərəfindən İslamı qəbul etdiyini göstərən video yayıblar.

İordaniyanın şimalındakı Əl-Rəmsa şəhərində çəkilmiş videoda müəllim iordaniyalı tələbəsi və ona Kəlmeyi-şəhadəti təlqin edən din təbliğçisinin yanında dayanır.

Kəlmeyi-şəhadəti dedikdən sonra tələbə ustadına rəsmi olaraq İslamı qəbul etdiyini bildirib və sonra onu qucaqlayıb.

Britaniyada son illər İslamı qəbul edənlərin sayı xeyli artıb.

4142652

captcha