IQNA

İsveç İslam ölkələrinə Quranın təhqir olunmasından təəssüfləndiyini bildirib

11:22 - July 01, 2023
Xəbər sayı: 3494403
İraq Xarici İşlər Nazirliyi İsveç Xarici İşlər Nazirliyindən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə ünvanlanmış məktub aldığını və İsveçin bu ölkədə Qurani-Kərimin təhqir olunmasına görə təəssüfləndiyini bildirib.

"İQNA", "Rusiya Əl-Yəvm"-ə istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi İsveç Xarici İşlər Nazirliyinin məktubunda Qurani-Kərimin təhqir olunmasına görə təəssüfləndiyini bildirib.

İraq Xarici İşlər Nazirliyinin press-relizində deyilir: "Xarici İşlər Nazirliyi Stokholmdakı səfirliyi vasitəsilə İsveç Xarici İşlər Nazirliyinin hüquqşünası Yan Knutsen tərəfindən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirliklərinə ünvanlanmış məktub daxil olub.

Bu nazirlik İsveçin Stokholmda Qurani-Kərimin təhqir olunması ilə bağlı, Qurban bayramı günü Stokholm məscidi qarşısında çərşənbə günü baş verənlərə görə dərin təəssüf hissi keçirdiyini açıqlayıb. O, vurğulayıb ki, bu ölkənin hökuməti bu cür anti-islam tədbirlərini qəti şəkildə rədd edir.

İsveç Xarici İşlər Nazirliyi həmçinin bu hadisə zamanı hörmətsizlik edənin səsləndirdiyi İslam əleyhinə fikirləri dəstəkləmədiyini və qəbul etmədiyini açıqlayıb.

Məktubda həmçinin deyilir: "İsveç hökuməti İsveçdə və digər ölkələrdə müsəlmanların baş verənlərdən incidiyini tam başa düşür".

4151427

captcha