IQNA

İslam Əməkdaşlıq Təşkilatı: "Quranın təhqir edilməsi dünyadakı bütün müsəlmanlar üçün böyük təhqirdir"

12:57 - September 30, 2023
Xəbər sayı: 3494807
RABAT (IQNA) – İslam Əməkdaşlıq Təşkilatı bəyanatında bəzi Avropa ölkələrində Quranın təhqir edilməsini və yandırılmasını pisləyərək vurğulayır: "Mötədillik və dözümlülük kimi dəyərləri bəhanə edərək bu cür hərəkətlərə yol verilməməlidir".

"İQNA", "Əl-Əxbariyyə"-yə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər Birliyi cümə günü verdiyi açıqlamada, mötədillik və dözümlülük dəyərlərinə diqqət yetirmək adı altında görülən və Quranın yandırılmasına səbəb olan tədbirlərlə mübarizə yolları məsələsinə toxunub.

Bu bəyanatda bildirilir ki, iştirakçılar bəzi qərb ölkələrində Qurani-Kərimin yandırılması və cırılmasının davam etməsini qətiyyətlə pisləyir və bu cür hərəkətlərin təkrarlanmasından təəssüfləndiklərini bildirirlər.

İştirakçılar vurğuladılar: "Biz bu hərəkətləri dünya müsəlmanlarına qarşı yönəlmiş böyük cinayət və təhqir hesab edirik".

Onlar həmçinin Qurani-Kərimə qarşı bu rüsvayçı hərəkətlərin söz azadlığı ilə heç bir əlaqəsi olmadığını açıqlayıb. Hər hansı bəhanə ilə buna icazə verilməsini və ya məhəl qoymamasını pisləyirlər.

İslam Əməkdaşlıq Təşkilatı bütün ölkələrdən müsəlmanların dini azadlıqlarına hörmətlə yanaşmağı istəyib. Müsəlmanların insan hüquqlarını və əsas azadlıqlarını, o cümlədən dini mərasimləri yerinə yetirmək və mədəni kimliklərini ifadə etmək hüquqlarını məhdudlaşdırmayın.

4171949

captcha