IQNA

İctimai həyat Nəhcül-bəlağənin işığında / 16

Nə vaxt əlhəmdulillah deməliyik?

8:25 - October 07, 2023
Xəbər sayı: 3494831
TEHRAN (IQNA) – Həzrət Əli (ə) Nəhcül-bəlağənin 35-ci xütbəsində vurğulayır; İstənilən vaxt həmd deməlisən, yəni əvvəllər deyilən, indi də deyiləcək və gələcəkdə də deyiləcək bütün həmd-səna və təriflər hamısı Allaha məxsusdur və bunu həmişə deməlisən.

İmam Əlinin (ə) həyatının əsasları Quran və Peyğəmbərin (s) sünnəsinə əsaslanırdı. İctimai fəaliyyət və cəmiyyətlə iş sahəsində həzrətin münasibətləri ilahi əmrlər və Peyğəmbərin (s) sünnəsi əsasında qurulmuşdur. Bu da insanlar üçün mükəmməl bir nümunə sayıla bilər.

Nəhcül-bəlağə üzrə tədqiqatçı Baxşəli Qənbəri ictimai əxlaqı Nəhcül-bəlağə nöqteyi-nəzərindən tədqiq etmişdir ki, onun on altıncı hissəsi “Allaha həmd etmək” adlanır. Onun mətnini aşağıda oxuyursunuz:

Biz Nəhcül-Bəlağədə həyat tərzindən danışdıq. Əvvəlki bəhslərdə müxtəlif mövzuları müzakirə etdik. Bu bəhsimizdə hər bir şəraitdə “Allaha həmd-səna etməyin zəruriliyi” başlığı ilə 35-ci xütbədən danışacağıq. “Nəhcül-bəlağə”də Allaha həmd-səna ilə bağlı ən azı üç kəlmə qeyd olunur. Əlbəttə ki, bu sözlərin sayı çoxdur, lakin mən bu üçünü 35-ci xütbəyə görə qeyd edirəm; Biri həmd, ikincisi mədh, üçüncüsü şükürdür. Bu üç xüsusiyyət bir-birinə yaxın məna daşıyır və biz onları bir-birinin yerinə də işlədə bilərik. Başqa sözlə, bunlar sinonim olan anlayışlardır. Bununla belə, sinonimlərin bir-biri ilə incə fərqləri var.

Bu xütbədən bir cümlə oxuyacağam və sonra aralarındakı fərqi izah edəcəyəm; الْحَمْدُلِلَّهِ وَ إِنْ أَتَى الدَّهْرُ بِالْخَطْبِ الْفَادِحِ وَ الْحَدَثِ الْجَلِیلِ "Dövr çoxlu çətinliklər və böyük hadisələr gətirsə də, Allaha şükürlər olsun". Bu onu göstərir ki, Əli (ə) biz ağır və dəhşətli hadisələrə qarşılaşdığımız və problem və müsibətlərə düçar olduğumuz zaman Həmd kəlməsindən istifadə edirdi. Lakin Əli (ə) buyurur; İstənilən vaxt həmd deməlisən, yəni əvvəllər deyilmiş, indi də deyilən və gələcəkdə də deyiləcək bütün həmd-səna və təriflər hamısı Allaha məxsusdur. Bunu həmişə deməlisən.

Zəlzələ görmüş müsəlman xalqı, əlhəmdulillah deyə bilərmi? Bəli, Həzrət Əlinin (ə) fikrincə, cavab müsbətdir. Niyə? Çünki zəlzələni yaşayanlar “Bil-xətbi, əl-qadih vəl-hədəsil-cəlil” kəlmələrinin nümunələrindən biridir. Müsibətlərə düçar olubları üçün Əlhəmdülillah deyə bilirlər.

İndi başqa bir sual, Allah bizə övlad veribsə və ya hardasa uğur qazanıb mükafat alsaq, o zaman Əlhəmdulillah deyə bilərikmi? Bəli, beləliklə, həmd yaxşı işlərdə, sevinc və xoşbəxtlikdə istifadə olunduğu kimi, müsibətlərdə, sıxıntılarda, münaqişə və itkilərdə də istifadə edilə bilər.

Şükür etmək Nəhcül-bəlağədə çox gəlib və o, yalnız nemət üçündür. Sizə bir nemət gəldikdə de ki, Allaha şükür. Amma "mədh" kəlməsindən istifadə etdiyimiz yer haradır? Əlbəttə ki, "mədh" ixtiyari məsələlərlə bağlı deyil. Məsələn, mən günəşi və təbiəti tərifləyirəm. Əlbəttə, günəşin və təbiətin xassələri, üstünlükləri özlərinə məxsus olmadığı üçün də deyə bilmərik ki, mən günəşi və təbiəti həmd edirəm. Təbiəti mədh edirəm deyə bilərik.

Bir sözlə, Əmirəl-möminin Əli (ə) buyurdu; Biz hər bir şəraitdə Allaha həmd etməliyik. İnşallah inşallah nankorluq etməyən, hər hadisə qarşısında həmd edən və bizə verilən nemətlərə görə şükür edən bəndələrdən olaq.

4134176

captcha