IQNA

Əl Əzhər: "İslam ümməti bütün gücü ilə Fələstini müdafiə etməlidir"

7:25 - October 19, 2023
Xəbər sayı: 3494885
QAHİR (İQNA) – Əl-Əzhər İslam Mərkəzi bütün İslam ümmətini bütün imkanlarından istifadə edərək məzlum Fələstin xalqının hüquqlarını müdafiə etməyə çağırıb.

"İQNA", "Qahirə Əl-Əxbariyyə" saytına istinadən xəbər verir ki, Misirin Əl-Əzhər İslam Mərkəzi çərşənbə günü bir bəyanat yayaraq, İslam ümmətini Fələstin xalqı ilə həmrəylik üçün bütün güc və sərmayələrindən istifadə etməyə çağırıb.

Əl-Əzhər özünün sosial media səhifəsində bəyanat yayaraq Ərəb və İslam xalqlarını  “təkəbbürlü” adlandırdığı Qərbi Avropa və Amerika güclərindən asılılıqlarını yenidən nəzərdən keçirməyə çağırıb.

Əl-Əzhərin bəyanatı İsrailin çərşənbə axşamı Qəzzada Əl-Əhli Baptist xəstəxanasını bombalamasından sonra verilib.

Əl-Əzhər fələstinlilərə bildirib ki, Qərb bütün hərbi qüdrətinə və dağıdıcı texnikasına baxmayaraq, ona aid olmayan ərazidə döyüşdüyü üçün zəifdir.

Əl-Əzhər belə sözlərinə belə davam edib: İslam xalqı Uca Allahın ona verdiyi güc, sərvət, imkan və mallardan istifadə etməli, vicdan və hisslərini itirmiş düşmənlə üz-üzə qalan Fələstin və məzlum xalqının arxasında möhkəm durmalıdır.

4176091

captcha