IQNA

İşğalçı İsrail ordusu tərəfindən Şifa xəstəxanasına hücum edilib

3:02 - November 16, 2023
Xəbər sayı: 3494999
QƏZZƏ (İQNA) - Sionist rejim əsgərləri Qəzzanın ən böyük sağlamlıq kompleksi olan Şifa xəstəxanasına hücum edib.

Sionist İsrail ordusunun oktyabrın 7-dən blokadada olan Qəzza zolağına həyata keçirdiyi hücumlar 40-cı gündə də şiddətlənməkdə davam edir.

İşğalçı rejim ordusu Qəzza zolağında Şifa tibb mərkəzinin bir hissəsinə hərbi hücumun başladığını açıqlayıb.

Digər tərəfdən Qəzzada Səhiyyə Nazirliyi də açıqlamasında Şifa Xəstəxanasına hücumun başladığı ilə bağlı məlumatın verildiyini təsdiqləyib.

Sionist İsrail uzun müddətdir ki, Qəzzada Şifa xəstəxanasını mühasirəyə alır və xəstəxana ətrafında hücumlar həyata keçirir. İsrail ordusu hücumun kəşfiyyat məlumatlarına əsaslanaraq həyata keçirildiyini iddia edib. Xəstəxanaya daxil olan işğalçı qüvvələrin hücum üçün xüsusi hazırlıq keçdiyi bildirilib.

Fələstin Səhiyyə Nazirliyi: İsrail xəstələrin ölümünə görə məsuliyyət daşıyır

Fələstinin Səhiyyə Naziri Mey Keyle bildirib ki, İsrail qüvvələri Qəzza zolağındakı Şifa xəstəxanasında tibb işçilərinin, xəstələrin və köçkün mülki şəxslərin həyatından məsuldur.

captcha