IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 55

Allahın insana misal vurması və ilahi imtahan

12:57 - November 25, 2023
Xəbər sayı: 3495033
TEHRAN (IQNA) – Mərifət əhli məsəlin həqiqətini anlayır və ondan istifadə edir. Onlar bir misalla yollarını azmırlar. Amma misal “bir tərəfə yaxınlaşdırır, bir tərəfdən isə uzaqlaşdırır” həqiqətinə uyğun olaraq, bəzi insanları haqqdan uzaqlaşdırır və öz nəfslərinə tabe olmaq üçün bəhanə yaradır.

"Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir" (Bəqərə, 26).

Çox incəlikləri ehtiva edən Quranın açıq misallarından biridir. Biri odur ki, təbiətin də minlərlə hadisəni tam ixtiyarla, heç bir şəkildə çəkinmədən təqdim etdiyi və onu elə qorxmazcasına nümayiş etdirdiyi kimi, Allaha da məsəlləri çəkmək və həqiqətləri təqdim etmək ayıb deyil. Bu ona görədir ki, bütün həqiqətlər gözəldir və gözəlliyin təqdimatında heç kimin utanması və narahatlığı yoxdur.  Sənətkarlar öz sənətlərinin kamilliyinin sonunda təbiətin diqqətsizliyini, təkəbbürünü sənətlərində göstərməyə can . Habelə böyük sənətkarın əlamətlərindən biri də odur ki, öz sənətinin ünsürlərini qorxmadan və təşvişə düşmədən bir yerə toplayır və orada utancaqlıq, narahatlıq və gizləmə kimi məsələlər yoxdur.

Quran kəlməsi ağcaqanad nümunəsi də daxil olmaqla, eyni ixtiyar və qüvvə ilə təqdim edilir, ağcaqanad zəif və əhəmiyyətsiz bir məxluq kimi görünsə də, narahatçılıq doğurmur. Daha doğrusu, Allah ondan daha üstün, yəni daha kiçik və zahirən əhəmiyyətsiz görünən bir şeyi də misal çəkə bilər, lakin sözün bəlağətinə və qüvvəsinə heç bir zərər yoxdur. Çünki yaradılışın sirlərini və həqiqətlərini bilən Allah qatında ağcaqanadla fil arasında heç bir fərq yoxdur. Habelə ağcaqanadın əzəməti və varlıq aləmindəki rolu varlığın Allahının yanında aşkardır.

Başqa bir məqam da budur ki, məsəllərin həqiqətini bilən insanlar bunu başa düşür və ondan bəhrələnirlər. Həmçinin bir misalla aldanmırlar. Əksinə, misal “bir tərəfə yaxınlaşdırır, bir tərəfdən isə uzaqlaşdırır” həqiqətinə uyğun olaraq, bəzi insanları haqqdan uzaqlaşdırır və öz nəfslərinə tabe olmaq üçün bəhanə yaradır ki, onlar öz nəfslərinə uyub azarlar. Amma bu ayədə açıq şəkildə bildirilir ki, bu misal və məsəllərlə ancaq fasiqlər (yəni öz mənafeyini haqqdan üstün tutanların hamısı) azırlar.

İnkarçılar deyirlər ki, Allah bu məsəllə nə demək istəyir? Allah deyir ki, bu, yaxşılar üçün bir imtahandır. Bilin ki, yaxşılar onunla hidayət olur, pislər isə imanları olmadığına görə rüsvay olurlar və daima Allah kəlamını zəiflətmək və onu yüngül saymaq üçün bəhanə axtarırlar.

* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

4123419

captcha