IQNA

İordaniyadakı tarixi Hüseyni məscidinin yenidən qurulması başa çatmaq üzrədir

8:04 - December 06, 2023
Xəbər sayı: 3495087
ƏMMAN (İQNA) – İordaniyada İslam dövrünə aid tarixi məscidlərdən biri olan Hüseyni məscidində təmir və yenidənqurma işləri yekunlaşacaq və tezliklə ibadət üçün açılacaq.

"İQNA", "Jafra News" saytına istinadən xəbər verir ki, Böyük Əl-Hüseyni məscidi İordaniyanın Əmman şəhərində yerləşir. 640-cı ildə bu ərazidə ikinci xəlifə tərəfindən məscid tikilmişdir. 1921-ci ildə Kral Abdulla Əmmanı paytaxt etmək qərarına gəldikdən sonra köhnə məscidin yenidən qurulmasına göstəriş verdi. Tikinti 1924-cü ildə başa çatdırılıb və hər il bu məscidi çoxlu turist ziyarət edir.

6 il əvvəl tarixi məsciddə baş verən yanğından sonra Kral 2-ci Abdulla məscidin yenidən qurulmasına göstəriş verdi.

Məscidin yenidən qurulmasını başa çatdırmaq üçün məscidin eyvanında metal konstruksiyaya malik böyük planetar günbəz tikilmişdir.

Bu günbəzin dörd əsas sütunu var, o, gözəl ərəb hərfləri ilə yazılmış Quran ayələri ilə bəzədilib və şüşə pəncərələri avtomatik açılıb bağlanmaq üçün nəzərdə tutulub.

Yenidənqurma layihəsi Hüseyin Ətiyyə Mühəndislik şirkəti tərəfindən həyata keçirilib və Səltənət sarayı, Amman Bələdiyyəsi və İordaniya Vəqflər Nazirliyinin əməkdaşlığı ilə işlər tamamlanmaq üzrədir.

İordaniyanın ən qədim məscidlərindən biri olan Əl-Hüseyni məscidinin böyük eyvanı və iki minarəsi var. Onun sağ minarəsinin uzunluğu 70 metrə, sol minarəsinin uzunluğu isə 35 metrə çatır.

Tarixi Əl-Hüseyni məscidi İslam memarlığından ilhamlanaraq seçilən memarlığı, daş sütunları və mühəndislik üslubu ilə hər il bir çox turistin diqqətini çəkir.

Qapıları şirni bazarına, bitkilər mağazalarına və İslam kitab mağazalarına açılır. Əl-Hüseyni məscidi əsrlər boyu zəlzələ və yanğınlar nəticəsində dəfələrlə dağıdılıb və yenidən qurulub.

4185498

captcha