IQNA

Qəzzaya dəstək üçün minlərlə iordaniyalının nümayişi

9:07 - December 30, 2023
Xəbər sayı: 3495204
İQNA – Minlərlə iordaniyalı cümə namazı bitdikdən sonra Nümayəndələr Palatasının qarşısında keçirilən kütləvi nümayişlərdə sionist rejimlə imzalanmış müqavilələrin ləğvini tələb ediblər.

"İQNA", "Əl-Aləm"-ə istinadən xəbər verir ki, nümayişçilər bu müqavilələri müharibədə iştirak və onun maliyyələşdirilməsi kimi qiymətləndirərək, düşmənə qarşı durmaq və sionist rejimə tərəvəz və meyvə ixracını dayandırmaq üçün müqavimətə dəstək tələb ediblər.

İslami Fəaliyyət Cəbhəsi Şurasının üzvü Əli Əbulaskar bu yürüşün kənarında ölkəsi ilə sionist rejim arasında hər cür razılaşmanın tamamilə dayandırılmasını tələb edib.

İslami Fəaliyyət Cəbhəsinin baş katibi Murad Əl-Adaila deyib ki, “Vadi Ərəbə” kimi bütün müqavilələri, qaz müqavilələrini, sionist rejimlə bütün siyasi və iqtisadi razılaşmaları ləğv etməyin, bu rejimə tərəvəz və meyvə ixracını dayandırmağın vaxtı çatıb.

Gələcək və Həyat Partiyasının baş katibi Salah Əl-Qədəh də bununla bağlı deyib: “Biz sionist rejimlə müharibə ərəfəsindəyik və hətta rejimin keçmiş xarici işlər naziri Liberman açıq şəkildə deyib ki, biz bunu etməliyik. İordaniya ilə müharibəyə hazırlaşın, ona görə də İordaniyanın susması və “Vadi Ərəbə” müqaviləsi ilə xoşbəxt olması məntiqli deyil, çünki düşmən vədinə əməl etməyəcək və xəyanət edəcək, ona görə də İordaniya da gələcəkdə istənilən ssenariyə hazır olmalıdır”.

4190654

captcha