IQNA

İordaniya xalqı kənd təsərrüfatı məhsullarının İsrailə ixracından narahatdır

10:45 - January 02, 2024
Xəbər sayı: 3495229
İQNA - İşğal olunmuş Fələstin ərazilərinə İordaniya meyvə və tərəvəzlərinin göndərilməsinin şəkillərinin dərc edilməsi ölkə xalqının qəzəbinə səbəb olub. Onlar sionist rejimin boykot edilməsini tələb ediblər.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, İsrail mənbələrinin işğal altındakı Fələstin ərazilərindəki bazarlarda İordaniya kənd təsərrüfatı məhsullarının satıldığını göstərən son fotolar bu ölkədə qəzəb dalğasına səbəb olub.

Bu fotoşəkillərdə xiyar və balqabaq kimi bəzi məhsulların üzərində yerli İordaniya şirkətlərinin və İordaniya Vadisi sərhəd bölgəsinin etiketləri göstərilir.

Buna reaksiya olaraq İordaniyanın şimalında, sərhəddən təxminən 30 kilometr aralıda yerləşən İrbid şəhərində toplaşan insanlar İordaniya tərəvəzlərinin İsrail bazarına ixracını pisləyib və hökumətdən bunun qarşısını almaq üçün dəqiq qərar qəbul etməyi tələb ediblər.

İslami Hərəkat Cəbhəsi Partiyasının baş katibi işğalçı rejimlə hər hansı siyasi və iqtisadi əlaqəyə qarşı olduqlarını və Qəzzada hücumlarının davam etdiyi bir vaxtda işğalçı rejimin tərəvəz və meyvələrlə təmin edilməsinin ayıb olduğunu bildirib.

Cümə axşamı İsrailin Əmmandakı səfirliyi yaxınlığında nümayiş keçirilib. Etirazçılar İordaniya hökumətindən işğalçı rejimə kənd təsərrüfatı məhsullarının ixracına icazə verməməyi tələb ediblər.

Digər yürüşlər isə İordaniyanın bir çox şəhərində İsraillə münasibətlərin normallaşmasının dayandırılması və Fələstinə dəstək şüarları ilə başlayıb. Xalq hökumətdən İsraillə bütün iqtisadi əlaqələri və razılaşmaları, xüsusən də qaz müqaviləsini, ixrac və idxalı kəsməsini istədi.

İordaniya hökumət sözçüsü, hökumətin məhsul ixracatında hər hansı bir iş fəaliyyətini dayandırmaq imkanının olmadığını ifadə edərək, “Necə ki boykot şəxsi seçimdir ki, insanları dayandırmağa məcbur etmirik, bu mövzuda da vəziyyət eynidir, çünki biz iş adamlarını dayandıra bilməzlər və dayansalar hökuməti məhkəməyə verə bilərlər”- deyə, iddia edib.

İordaniya Fermerlər Birliyinin baş meneceri İordaniyalı fermerlərlə işğalçılar arasında normal münasibət olmadığını və iordaniyalı bir iş adamının öz məhsullarını İsrailə ixrac etməsinin ağlabatan olmadığını bildirib.

Fermerlər Birliyinin baş meneceri bəyan edib ki, birlik Qəzza zolağının işğalı başlayandan bəri öz üzvlərindən İsraillə əlaqələri tamamilə kəsməyi istəyib. Bununla belə, o bildirib ki, işğal olunmuş ərazilərdə və İordan çayının qərb sahilində bəzi tacirlər topdansatış bazarlarına gələrək, işğal olunmuş ərazilərə ixrac üçün məhsul alırlar.

4191025

captcha