IQNA

Fransada fələstinliləri "xərçəng" adlandıran deputata qarşı cinayət işi açılıb

7:27 - January 23, 2024
Xəbər sayı: 3495350
İQNA - Fransanın Yaşıllar Partiyasından olan millət vəkili Sabrina Sebaihi fələstinliləri "xərçəng" adlandıran millət vəkili Meyer Həbibə qarşı cinayət işi qaldırıb.

"İQNA", "Rəyul-Yəvm"-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Yaşıllar Partiyasından olan millət vəkili Sabrina Sebaihi məsələ ilə bağlı açıqlamasında bildirib.

“Millət vəkilinin Fələstin xalqına qarşı zorakılıq və nifrəti qızışdırmasına icazə vermək qəbuledilməzdir”, - deyə fransalı deputat bildirib.

Sebaihi, Respublika Prokurorluğuna göndərdiyi cinayət şikayətinin mətnini də paylaşıb.

Fransız deputatın cinayət şikayətində Həbib qonaq olduğu Radio J proqramında Fələstin xalqı ilə bağlı “(Ərəb ölkələri) hər şeyimizi verdiyimiz bu cəmiyyətin hansı xərçəng olduğunu bu gün bilirlər” deyib.

Sebaihi, bu sözlərin Fələstin xalqına qarşı şiddət və nifrət doğura biləcəyini ifadə edərək, "Meyer Həbib fələstinliləri xərçəng kimi qələmə verməklə, onların məhv edilməsinin zəruri olduğunu açıq şəkildə ifadə edib" qiymətləndirməsini etdi.

Həbib bu sözləri dediyi zaman Qəzza zolağında minlərlə fələstinlinin öldürüldüyünə diqqət çəkən Sebaihi, Həbibin 7 oktyabr 2023-cü ildən bəri fələstinlilərə qarşı oxşar açıqlamalar verdiyini qeyd edib.

4195143

Teqlər: fransa ، fələstin ، deputat ، cinayət
captcha