IQNA

İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar iclası

9:17 - March 04, 2024
Xəbər sayı: 3495561
İQNA - İslam Əməkdaşlıq Təşkilatı (İƏT) sionist İsrailin hücumlar həyata keçirdiyi Qəzza zolağındakı vəziyyətlə bağlı martın 5-də xarici işlər nazirləri səviyyəsində iclas keçirəcək.

"İQNA", “İKT”-nin saytına istinadən xəbər verir ki, İsrailin Qəzzaya davam edən hücumlarını müzakirə etmək üçün üzv ölkələrin də iştirakı ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Xarici İşlər Nazirləri Şurasının keçiriləcəyi bildirilib.

Xarici İşlər Nazirləri Şurasının martın 5-də keçiriləcək iclasından əvvəl İƏT-in Baş Qərargahında “yuxarı heyətin gündəm və qərar layihəsi üzərində işləyəcəyi” bildirilib.

Xarici işlər nazirlərinin Ciddədə keçirəcəyi görüşdə İsrailin Qəzzaya hücumlarından sonra son vəziyyətin, həmçinin Beynəlxalq Ədalət Məhkəməsində İsrailin Fələstinə qarşı soyqırım iddiası ilə bağlı mühakimə olunması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

İşğalçı İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda 30 min 228 fələstinli həyatını itirib, 71 min 377 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

4203070

captcha