IQNA

Rus tədqiqatçısının nəzərindən Quran əlyazmalarının Rusiya tarixinə təsiri

16:24 - April 28, 2024
Xəbər sayı: 3495848
İQNA - Sankt-Peterburq İslam Mədəniyyəti Muzeyinin direktoru və Quran əlyazmaları üzrə tədqiqatçı Yoim Rıdvan Quran əlyazmalarının çapı və tərcüməsinin Rusiyanın mədəniyyət tarixinə və müsəlmanlara təsirindən danışıb.

 

"İQNA", "Əl-Xəliç" saytına istinadən xəbər verir ki, Rıdvan “Rusiyada Quran: Tarix, Əlyazmalar və Tədqiqatlar Layihələri” başlığı altında keçirilən toplantıda Quran əlyazmalarının Rusiya və keçmiş sovet respublikaları tarixindəki rolunu müzakirə edib.

Bəhreyndə keçirilən görüşdə Rıdvan bəyan edib ki, Rusiya kraliçası 1-ci Yekaterinanın 1787-ci ildə verdiyi fərmanla Quranın ərəb dilində tam mətni ilk dəfə Sankt-Peterburqda dövlət hesabına və xüsusi formatda çap olunub.

Rıdvan həmçinin Quranın etnoqrafiyasının müstəqil bir elm sahəsi olduğunu və bu sahədə artıq bir çox araşdırmaların aparıldığını bildirib.

Bu sahədə aparılan elmi araşdırmaların məqsədi İslamın doğuşu ilə bağlı tarixi hadisələrin gedişatına daha dərindən nəzər salmaq və Quranın mənalarını şərh etməyə kömək edə biləcək elementləri araşdırmaqdır.

Yoim Rıdvan sözünə belə davam etdi: "Quran etnoqrafiyası sahəsində araşdırmaların ən mühüm məqsədlərindən biri yeni Quran tərcüməsinin əsasını qoymaqdır, çünki bütün mövcud Quran bilikləri Quranın nazil olmasından bir neçə əsr sonra yaradılmış tərcümə və təfsirlərə əsaslanır. Yeni tərcümə Qurandakı söz və terminlərin nazil olmasından bu günə qədər məna və təfsirində baş verən dəyişikliklərə işıq sala bilər.

4212295

captcha