"İQNA", "Əl-aləm"-ə istinadən xəbər verir ki, hollandiyalı oyunçunun gözəl səslə Qurani-Kərimdən ayələri oxuması ilə bağlı klip yayımlanıb.
Hollandiyanın “Zule” klubunda çıxış edən Van den Berq “Naziat” surəsindən ayələri düzgün və gözəl oxuyub.
22 yaşlı van den Berq yarımmüdafiə mövqeyində çıxış edir. O, Hollandiya millisində yaş qrupları üzrə bir neçə beynəlxalq oyun keçirib.
Hollandiya mətbuatının yazdığına görə, Van Den Berq aylar əvvəl İslamı qəbul edib. O, Qurani-Kərimdən ayələri əzbərləyib, bəzilərini kamera qarşısında oxuyub və sosial şəbəkə fəallarını heyran edib.
4087203