İQNA - Səudiyyə Ərəbistanı Krallıq Divanı, verdiyi mübahisəli və geniş reaksiyalara səbəb olan fətvaları ilə tanınan ölkənin baş müftisi Şeyx Əbdüləziz Ali Şeyxin vəfat etdiyini açıqlayıb.
İQNA - Sultan Qabus Qurani-Kərim müsabiqəsinin 33-cü buraxılışının ilkin mərhələsi Omanın Buşər şəhərində yerləşən Sultan Qabus Məscidinin iclas zalında start götürüb.
İQNA - Pakistanın “Birlik Komissiyası”nın sədri dedi: “Sionist rejimin fitnələrinə qarşı mübarizədə ən mühüm məsələ İslam dünyasının birliyidir. Müsəlmanlar birlikləri ilə İsrailin hegemonluğuna qarşı durmalıdırlar, çünki sionistlərin işğalçılığı yalnız Fələstinlə məhdudlaşmır”.
İQNA - İraq Daxili İşlər Nazirliyinin Əxlaqa Zidd Məzmunla Mübarizə Komitəsi, iraqlı müğənni Cəlal əz-Zeynə qarşı Qurana hörmətsizlik etdiyinə görə qanuni tədbirlər görüldüyünü bildirib.
İQNA - İraq universitetləri və institutlarının müəllimlərinə həsr olunmuş üçüncü milli akademik Qurani-Kərim konqresi, İmam Hüseyn (ə) hərəminin Darul-Quranına bağlı Akademik Tədris Mərkəzinin təşəbbüsü ilə Kərbəlada, Hərəmin “Xatəmül-Ənbiya” zalında təşkil olundu.
İQNA - İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və bəzi ərəb ölkələri Britaniya, Kanada və Avstraliyanın Fələstin dövlətini rəsmi şəkildə tanıması qərarını alqışlayıblar.
İQNA - Afrika ölkələri arasında keçirilən “Kral Salman bin Əbdüləziz” Quran və Hədisi Nəbəvi hifzi üzrə müsabiqələrinin final mərhələsi Cənubi Afrikanın Yohannesburq şəhərində təşkil olunan mərasimlə başa çatıb.
İQNA - Beynəlxalq Quran qarisi Əlirza Rzainin İmam Rza (ə) ziyarətgahında “Zümər” surəsinin 61-70-ci ayələri və “Əla” surəsinin 1-7-ci ayələrinin qiraətinin audiosu “İQNA”-nın dinləyicilərinə təqdim olunur.
İQNA - İngiltərə, Avstraliya və Kanadanın rəsmiləri Fələstin dövlətini tanıdıqlarını elan ediblər; bu məsələ sionist rejim daxilində və regionda geniş reaksiyalara səbəb olub.
İQNA - Onlarla tunisli və mərakeşli fəal və vətəndaş şənbə axşamı Tunis paytaxtında və Fəs şəhərində toplaşaraq sionist rejimin Qəzzaya qarşı davam edən müharibəsini və mühasirəsini pisləyiblər.
İQNA - Səudiyyə Ərəbistanının “Kral Fəhd” Quran Çapı və Nəşri Kompleksi tərəfindən həyata keçirilən Quranın iki yeni tərcüməsinin çapı layihəsi bu kompleksdə təqdim edilib.