IQNA

Türkiyə XİN başçısı Qəzza barədə danışdı

19:35 - January 29, 2024
Xəbər sayı: 3495387
İQNA - Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzza ilə bağlı beynəlxalq ictimaiyyəti girov götürülmüş 2 milyon insanın aclıq və epidemiya xəstəlikləri nəticəsində həlak olmasının qarşısını almaq üçün tədbirlər görməyə dəvət edib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadla xəbər verir ki, türk mediasına istinadən xəbər verir ki, Qəzzada davam edən faciəyə diqqət çəkən Fidan on minlərlə günahsız fələstinlinin günlərdir dünyanın gözü qarşısında qətliamının davam etdiyini bildirib.

Fidan bu məqamda daha bir faciə ilə üzləşdiklərini qeyd edərək deyib:

“Minlərlə insanımızı güllə və bombalardan itirdiyimiz halda, indi İsrailin Qəzzada girov saxladığı milyonlarla fələstinlinin aclıq və epidemiyalarla qətlə yetirilməsi təhlükəsi ilə üz-üzəyik. Qəzzaya buraxılmayan humanitar yardım və tibbi ləvazimatlar hazırda daxildə ciddi bir fəlakətin xəbərçisidir”.

Beynəlxalq ictimaiyyətin indiyə qədər göstərdiyi səy və xoş niyyətin ölkəyə çatdırılması lazım olan yardımın təmin edilməsinə imkan vermədiyini vurğulayan H.Fidan deyib: “Bu səbəbdən də beynəlxalq ictimaiyyəti daha fərqli metodlardan istifadə edərək girov götürülmüş 2 milyon insanın  məhv edilməsinin qarşısını alacaq tədbirlər görməyə dəvət edirəm. Əks halda çox gec ola bilər”.

Bomba və güllələrdən ölən insanlarla yanaşı, 100 minlərlə insanın da aclıqdan ölə biləcəyinə diqqət çəkən Fidan bunun dünya ictimai rəyinin daşıya bilməyəcəyi böyük mənəvi yük olacağını bildirib.

Nazir H.Fidan mövcud üsullardan kənara çıxaraq Qəzzaya yardımın çatdırılmasının mümkün olmasının vacibliyini vurğulayıb.

captcha