IQNA

İngiltərədə məscidə hörmətsizlik

5:20 - April 09, 2024
Xəbər sayı: 3495763
İQNA – İngiltərənin Lankaşir şəhərindəki məscid nifrət cinayətləri ilə əlaqəli hücumların hədəfi olub.

"İQNA", İngiltərə ərəb saytına istinadən xəbər verir ki, Lankaşir ştatının Burnley şəhərindəki Şah Cəlal məscidi müqəddəs Ramazan ayında bir neçə dəfə hücuma məruz qalıb. Bu vəziyyət yerli müsəlman icmasında narahatlıq yaradıb.

Yerli ictimaiyyət tərəfindən pislənilən bu addım aprelin 3-də baş verib. Bir şəxs məscidə ciddi maddi ziyan vurub, o cümlədən, pəncərələri sındırıb və Qurani-Kərimin səhifələrini cırıb.

Məsciddə qohumunun dəfn mərasiminə hazırlaşan ailənin sıxışdırılması və nifrət ifadələrinə məruz qalması dindarlar arasında panikaya səbəb olub.

Digər hücum isə aprelin 5-də baş verib. Məscidə zorla daxil olan şəxs içəridəkilərin müdaxiləsi ilə qarşılaşınca qaçıb.

Lankaşir polisi tez bir zamanda Burnleydən olan 38 yaşlı kişini həbs etdi.

Polis bu narahatedici hadisələrin səbəbləri ilə bağlı hərtərəfli araşdırma aparır.

Yerli şura üzvü Şah Hüseyn mətbuata açıqlamasında hücumların miqyasına diqqət çəkərək, müsəlmanların özünü daim təhdid və təcrid olunmuş hiss etdiklərini bildirib.

O, həmçinin bildirib ki, müsəlmanların ibadət mərkəzlərinə açıq hücumlar təkcə qorxu yaratmır, həm də dini azadlıq və mədəni fərqlilik prinsiplərini sarsıdır.

4209044

captcha