IQNA

Misirdə Əhli-Beyt türbələri

4:06 - April 10, 2024
Xəbər sayı: 3495768
İQNA – Qədim Qahirə şəhərinin mərkəzində, Xəlifə səmtində yerləşən Əşrəf küçəsi Peyğəmbər (s) Əhli-beytindən bəzilərinin məqbərələrinin və onlara aid edilən məscidlərin yerləşdiyi yerə görə Misirin Bəqi adı ilə tanınır.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Məmlük Sultanı Məlik Əl-Əşrəf Səlahəddin Xəlil ibn Qəlavunun adını daşıyan bu 2 kilometr uzunluğundakı küçə bu ölkənin əhalisi arasında ən müqəddəs və hörmətli yerlərdən biridir.

Misir hakimiyyəti son bir neçə ildə məscid və Əhli-beytə məxsus məscidlərə xüsusi diqqət yetirir.

Misir hökuməti izah edib ki, bu səyin ən mühüm səbəblərindən biri bu müqəddəs yerlərin mədəni-tarixi görünüşünün canlandırılması və dini turizm attraksionlarının inkişafıdır.

Əhli-Beyt yolu qədim Qahirədə Seyyidə Nəfisə məscidindən başlayır və Seyyidə Zeynəb məscidində bitir. Bu arada Seyyidə Səkine, Seyyidə Ruqəyyə, Məhəmməd Əl-Ənvər və Atikə bint Əbdülmüttəlib məscidi kimi məşhur məscid və türbələr var.

Həmçinin bu küçədə İslam dünyasının məşhur yuxu yozucusu İbn Sirinə aid edilən Xəlil ibn Qəlavunun Əl Əşrəf günbəzi var.

4209238

captcha