"İQNA", Fələstinin Əl-Yəvm xəbər agentliyinə istinadən xəbər verir ki, sionist rejim 189 gündür Qəzzə zolağına hücumlarını davam etdirir. Qüds və İordan çayının qərb sahilindəki fələstinlilər Fitr bayramının üçüncü günü cümə namazını qılmaq üçün İslamın üçüncü müqəddəs məkanı olan Məscidül-Əqsaya axışıb.
Minlərlə fələstinli səhər saatlarından etibarən İsrailin qurduğu hərbi keçid məntəqələrini keçərək Məscidül-Əqsaya axışıb.
İsrail qüvvələri İordan çayının qərb sahilindən gələnlərin Qüdsə girişinə ciddi məhdudiyyətlər qoyaraq bir çox fələstinlinin girişinə icazə verməyib.
Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamada, İsrailin məhdudiyyətlərinə baxmayaraq, Ramazan bayramının 3-cü günündə 30 min müsəlmanın Məscidül-Əqsada cümə namazını qıldığı bildirilib.
4210023